Haqqımızda Reklam
28 
Iyn
2026
16:29
8
3
793

Rafael Fiziyevin nokautla qələbəyə görə qazandığı məbləğ bəlli olub

"UFC Fight Night Baku" turnirinin bonus sahibləri müəyyənləşib. 24News.ge xəbər verir ki, "Gecənin performansı" bonusuna dörd döyüşçü layiq görülüb: Rafael Fiziyev, Asu Almabayev, Abdul Rahman Yahyayev və Daniil Donçenko. Onların hər biri 100 min ABŞ dolları məbləğində mükafat qazanıb. Bundan əlavə, döyüşü vaxtından əvvəl başa vuran, lakin "Gecənin performansı" bonusunu qazanmayan hər bir döyüşçüyə 25 000 ABŞ dolları məbləğində əlavə mükafat verilib. Xatırladaq ki, Bakıda keçirilən "UFC Fight Night Baku" turnirində gecənin əsas döyüşündə yüngül çəki dərəcəsində Azərbaycan təmsilçisi Rafael Fiziyev (70.76 kq) meksikalı Manuel Torreslə (70.76 kq) qarşılaşıb. O, meksikalı rəqibini ikinci raundda nokaut edərək qalib gəlib.

www.24news.ge