Haqqımızda Reklam
27 
Iyn
2026
15:51
3
4
487

Marneuli şəhərində avtomobil yanaraq yararsız hala düşüb (VİDEO)

Bu gün günün ikinci yarısında Marneuli şəhərinin Georgadze küçəsində "Nissan" markalı avtomobil yanaraq yararsız hala düşüb. Hadisə şahidlərinin 24News.ge xəbər portalına verdiyi məlumata görə, avtomobil park edilmiş vəziyyətdə olarkən naməlum səbəbdən qəfil alışaraq yanmağa başlayıb. Yanğın baş verən zaman avtomobildə heç kim olmayıb və hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə dərhal yanğınsöndürmə briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun ətraf əraziyə yayılmasının qarşısı alınıb.

www.24news.ge