Haqqımızda Reklam
27 
Iyn
2026
00:10
3
2
139

Dəmyə Gorarxı kəndində İmam Hüseyn (ə) adına ehsan süfrəsi açılıb (VİDEO)

Marneuli bələdiyyəsinin Dəmyə Gorarxı kənd sakinlərinin maddi hesabı ilə İmam Hüseyn (ə) adına ehsan süfrəsi açılıb. 24News.ge xəbər verir ki, mərasimə yerli əhali ilə birgə ətraf yerlərdən gələn qonaqlar da qatılıblar. Mərasimdə ilk öncə müqəddəs Qurani Kərimdən ayələr tilavət olunub. Daha sonra çıxış edən din xadimləri İmam Hüseynin (ə) Kərbəla faciəsindən çıxarılacaq dərsələrdən və o, həzrətin müsəlmanlara qoyub getdiyi məktəbdən söz açıblar. Ehsan süfərisinin sonunda mərasimi təşkil edən kənd sakininə təşəkkür edilib və Allahdan qəbul olunması arzu edilib.

www.24news.ge