Haqqımızda Reklam
26 
Iyn
2026
19:00
2
4
301

SEMEK "Mamed GAS"ın lisenziyasının ləğvi prosesinə başlayıb

Gürcüstanın Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası (SEMEK) açıq iclasda “Mamed GAS MMC"nin təbii qaz paylama lisenziyasının ləğvi ilə bağlı inzibati icraata başlayıb. 24News.ge xəbər verir ki, bu barədə qurumdan məlumat verilib. Məlumatda qeyd olunub ki, “Mamed GAS MMC"nin lisenziya sahəsi Marneuli bələdiyyəsinin Qızılhacılı kəndini əhatə edir. Komissiya izah edir ki, sözügedən şirkət təbii qaz paylama lisenziyasının ləğvi əhalinin qaz təchizatında fasilələrə səbəb olmayacaq, istehlakçılar təbii qazı fasiləsiz şəkildə alacaqlar. Məlumatda deyilir: "İnzibati icraat çərçivəsində SEMEK-in fərdi inzibati-hüquqi aktı haqqında rəylərin təqdim edilməsi üçün son tarix 24 iyul 2026-cı il, hüquqi aktın qəbul edilməsi üçün isə son tarix 24 sentyabr 2026-cı il müəyyən edilib. İnzibati icraat haqqında ətraflı məlumat SEMEK-in veb-saytında yerləşdirilib: www.gnerc.org "Mamed" qazpaylayıcı şirkətinin lisenziyasının ləğvinə əsas səbəb lisenziya şərtlərinin yerinə yetirilməməsidir. "Mamed GAS MMC" alınmış qazın yığılmış borcunu ödəməyib, bu da təbii qaz təchizatının dayandırılmasına səbəb olub. Bununla yanaşı, "Mamed GAS MMC"nin lisenziya sahəsində (Qızılhacılı kəndi) məişət istehlakçıları üçün SEMEK tərəfindən 47 tetri tarif (ƏDV daxil) müəyyən edilib. Buna baxmayaraq, "Mamed GAS MMC" istehlakçılara özbaşına olaraq SEMEK tərəfindən müəyyən ediləndən daha yüksək tarif (ƏDV daxil olmaqla 57 tetri) tətbiq edib ki, bununla bağlı müvafiq istintaq orqanları tərəfindən araşdırma aparılır".

www.24news.ge