Haqqımızda Reklam
26 
Iyn
2026
18:34
2
0
420

SON DƏQİQƏ! Parlamentin iclas zalında qarşıdurma baş verib (VİDEO)

Gürcüstan parlamentində plenar iclas zamanı deputatlar arasında fiziki qarşıdurma yaşanıb. 24News.ge xəbər verir ki, hadisə “Gürcüstan naminə Qaxariya” Partiyasının üzvü Giorgi Şaraşidzenin çıxışı zamanı baş verib. Şaraşidze çıxışında Baş naziri tənqid edərək bildirib ki, hətta “Gürcü Arzusu” Partiyası belə indiki Baş nazirə layiq deyil və bu fikirlə hakim partiyanın üzvlərinin də razı olduğuna əmin olduğunu deyib. Onun çıxışı zamanı iclas zalında “Gürcü Arzusu”nun deputatı İrakli Xelaia ilə “Gürcüstan naminə Qaxariya” Partiyasının üzvü Giqa Parulava arasında fiziki qarşıdurma başlayıb. Mübahisə qısa müddətdə digər deputatların da qoşulduğu əlbəyaxa davaya çevrilib. Parlamentin iclası müvəqqəti olaraq dayandırılıb.

www.24news.ge