Haqqımızda Reklam
23 
Iyn
2026
09:29
5
2
756

Səhər saatlarında 4,4 bal gücündə zəlzələ baş verib

Ambrolauri bələdiyyəsində zəlzələ qeydə alınıb. 24News.ge xəbər verir ki, bu barədə Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 08:07-də qeydə alınıb. Zəlzələnin episentri Ambrolauri şəhərindən 7 kilometr məsafədə yerləşən Xonciori kəndi yaxınlığında olub. Məlumatlara əsasən, zəlzələnin maqnitudası 4,4 bal təşkil edib. Dağıntılar və ya xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

www.24news.ge