Haqqımızda Reklam
21 
Iyn
2026
16:10
5
3
135

İsveçrədə ABŞ və İran arasında yüksək səviyyəli danışıqlar başlayıb

İsveçrədə ABŞ və İran nümayəndələri arasında yüksək səviyyəli danışıqlar keçirilir. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Qətərin Xarici İşlər Nazirliyi yayıb. Bəyanata əsasən, İsveçrənin Bürgenştok kurortunda keçirilən ilk yüksək səviyyəli görüşdə ABŞ, İran, eləcə də vasitəçi qismində çıxış edən Qətər və Pakistan nümayəndələri iştirak edirlər. Qətər Xarici İşlər Nazirliyi görüşlərin qarşılıqlı anlaşma memorandumunda nəzərdə tutulan bütün müddəaları əhatə edən hərtərəfli və uzunmüddətli razılaşma ilə nəticələnəcəyinə ümid etdiyini bildirib. Nazirlik həmçinin bildirib ki, yekun sazişin müddəalarının hazırlanması məqsədilə ekspertlərdən ibarət işçi qrupları yaradılıb. Bu qruplar memorandum əsasında tərəflər arasında danışıqları davam etdirirlər. Məlumata görə, ABŞ nümayəndə heyətinə ölkənin vitse-prezidenti Ceyms Devid Vens rəhbərlik edir. Nümayəndə heyətində ABŞ Prezidenti Donald Tramp-ın xüsusi nümayəndələri Steve Witkoff və Jared Kuşner də yer alırlar. İran nümayəndə heyətinə isə ölkə parlamentinin sədri Mohammad Baqer Qalibaf rəhbərlik edir. Heyətin tərkibində İranın xarici işlər naziri Abbas Əraqçi də iştirak edir. ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranla danışıqlardan əvvəl İsveçrədə jurnalistlərə bildirib ki, son bir neçə saat ərzində əhəmiyyətli irəliləyiş əldə edilib: "Ümid edirəm ki, daha da irəliləyiş əldə edə bilərik. Bugünkü görüş bütün fikir ayrılıqlarını həll etməyəcək, lakin tarixdə ilk dəfə olaraq hər iki tərəf üçün vacib olan məsələləri həll etməyə imkan verəcək texniki danışıqların başlanğıcıdır", - deyə Vens bildirib.

www.24news.ge