Haqqımızda Reklam
20 
Iyn
2026
20:05
21
5
1280

Polşada Rusiya vətəndaşını qətlə yetirən Gürcüstan vətəndaşı həbs edilib (VİDEO)

Polşanın Lyublin-Zaçudı Rayon Məhkəməsi Rusiya vətəndaşının qətlində şübhəli bilinən 36 yaşlı Gürcüstan vətəndaşı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. 24News.ge xəbər verir ki, Lublin polisinin xüsusi istintaq qrupu tərəfindən saxlanılan Gürcüstan vətəndaşı ötən gün Milli Prokurorluğa aparılıb. Dindirildikdən sonra ona 44 yaşlı Rusiya vətəndaşının qəsdən öldürülməsi ittihamı irəli sürülüb. Təqsiri sübuta yetirilərsə, onu ömürlük həbs cəzası gözləyir. Xatırladaq ki, iki gün əvvəl Polşanın Baş naziri Donald Tusk bildirib ki, polis və daxili təhlükəsizlik agentliyi Biala Podlyaskada Rusiya vətəndaşının qətlində şübhəli bilinən, Gürcüstan pasportu daşıyan şəxsi saxlayıb. Hadisə bir neçə gün əvvəl Polşanın Biała Podlaska şəhərində baş verib. Qətlə yetirilən şəxs 44 yaşlı Rusiya vətəndaşı, rəssam və satirik kimi tanınan Semyon Skrepetski olub. Məlumata əsasən, “Semyon Skrepetski” təxəllüsü ilə tanınan sənətçi yaşayış binasının yaxınlığında naməlum şəxs tərəfindən bir neçə dəfə güllələnib. Polşa mediasının yazdığına görə, o, yaradıcılığında Rusiya hakimiyyətini, o cümlədən Vladimir Putin-i tez-tez tənqid edirdi.

www.24news.ge