Haqqımızda Reklam
17 
Iyn
2026
16:18
4
3
96

Kobaxidze: "Gürcüstanda 1 835 nəfər müharibə zamanı itkin düşmüş şəxs kimi qeydiyyatdadır"

Gürcüstanda 1 835 nəfər müharibə zamanı itkin düşmüş şəxs kimi qeydiyyatdadır. 24News.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) ölkədəki nümayəndəliyinin yeni rəhbəri Coanna Bartonla görüşdə bildirib. "Gürcüstanda indiyədək müharibə zamanı 334 itkin düşmüş şəxsin qalıqları müəyyən edilib. Bununla yanaşı, 1 835 nəfər hələ də itkin düşmüş hesab olunur". İ.Kobaxidze vurğulayıb ki, Gürcüstan hökuməti bu istiqamətdə Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlığı davam etdirmək niyyətindədir: "Eyni zamanda, BQXK itkin düşmüş şəxslərin axtarışı və onların ailələrinə dəstək göstərilməsi istiqamətində mühüm rol oynayır", - deyə o qeyd edib.

www.24news.ge