Haqqımızda Reklam
01 
Iyn
2026
23:11
9
1
138

Tbilisidə Qurani-Kərim müsabiqəsinin və Quran dərslərinin yekun mərasimi keçirilib (FOTO)

Tbilisidə mədrəsələr arasında keçirilən daxili Qurani-Kərim müsabiqəsinin və Quran dərslərinin yekun mərasimi baş tutub. 24News.ge xəbər verir ki, Bütün Gürcüstan Müsəlmanları İdarəsi və İmam Rza (ə) Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbir şəhərdə yerləşən "Xurcun" restoranında təşkil olunub. Tədbirdə çıxış edən Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev Qurani-Kərim tədrisinin, dini maarifləndirmənin və təhsil fəaliyyətinin əhəmiyyətindən danışaraq bu istiqamətdə görülən işlərin önəmini vurğulayıb. İmam Rza Təhsil Mərkəzinin rəhbəri Əziz Nəbiyev isə gənclərin Quran təhsilinə cəlb olunmasının cəmiyyətə müsbət təsirlərindən bəhs edib. Mərasimdə Tbilisi Əhlibeyt məscidinin axundu Hacı Rahid Kərimov, ilahiyyatçılar Hacı Vidadi Qurbanov və Hacı Niyazi Əmirxanov, eləcə də digər din xadimləri çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. Tədbirdə rəsmi qonaqlar, müəllimlər, mədrəsə tələbələri və beynəlxalq nümayəndələr iştirak ediblər. Qonaqlar arasında Beynəlxalq Əl-Mustafa Universitetinin Gürcüstandakı nümayəndəsi Abbas Yusifnejad və İran İslam Respublikasının Gürcüstandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Mehdi Səadətnejad da yer alıblar. Mərasimdə qonaq qismində iştirak edən beynəlxalq Quran müsabiqələrinin qalibi, iranlı qari Ustad Yunis Şahmuradi Qurani-Kərim tilavəti ilə iştirakçılara mənəvi anlar yaşadıb. Tədbirin sonunda Qurani-Kərim müsabiqəsində və Quran dərslərində yüksək nəticə göstərən tələbələr mükafat və hədiyyələrlə təltif olunublar. Müsabiqənin qalibləri Oğlanlar 1-ci cüz I yer – İsmail Qasımov II yer – Nicat Musayev III yer – Nurullah Əliyev 30-cu cüz I yer – Hüseyn Əskərov II yer – Oruc Yusubov III yer – Teymur Şamilov Hifz I yer – İsmail Qasımov II yer – Səccad Şamilov III yer – Məhəmməd Mamedov Qızlar 1-ci cüz I yer – Gülnarə Məmmədova II yer – Gülay Eminaqarova III yer – Zeynəb Mamedova 30-cu cüz I yer – Səkinə Hüseynova II yer – Səkinə Əliyeva III yer – Maidə Kərimova Hifz I yer – Gülay Eminaqarova II yer – Gülnarə Məmmədova III yer – Leyla Məmmədova.

www.24news.ge