Haqqımızda Reklam
27 
May
2026
10:31
32
4
423

Paytaxt Tbilisidə izdihamlı bayram namazı qılınıb (FOTO)

Bütün dünya müsəlmanları kimi, Gürcüstanda yaşayan müsəlmanlar da Qurban bayramını qeyd edirlər. 24News.ge xəbər verir ki, paytaxt Tbilisidə yerləşən Cümə məscidində izdihamlı bayram namazı qılınıb. Tbilisinin Cümə məscidində qılınan bayram namazında GMİ-nin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov xütbə söyləyib. Din xadimi bayram münasibətilə müsəlmanları təbrik edib, onların müqəddəs gündə etdikləri duaların və kəsilən qurbanların Allah tərəfindən qəbul olunmasını diləyib. O, həm Gürcüstandakı, həm də dünya müsəlmanlarını müqəddəs bayram münasibətilə təbrik edib. Xütbədən sonra paytaxtda yaşayan müsəlmanlarla yanaşı, şəhərə gələn müxtəlif qonaqların iştirakı ilə bayram namazı qılınıb.

www.24news.ge