Haqqımızda Reklam
27 
May
2026
10:26
13
4
509

Ölkə üzrə məktəblərdə çalışan müəllimlərin sayı açıqlanıb

Hazırda Gürcüstandakı ümumtəhsil müəssisələrində ümumilikdə 53 587 müəllim fəaliyyət göstərir. 24News.ge xəbər verir ki, Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzinin açıqladığı məlumata görə, məktəblərdə 43 401 baş statuslu müəllim, 9 296 aparıcı müəllim və 890 mentor müəllim çalışır. Statistikaya əsasən, müəllimlərin böyük əksəriyyəti – 48 188 nəfər dövlət məktəblərində, 5 399 nəfər isə özəl təhsil müəssisələrində işləyir.

www.24news.ge