Haqqımızda Reklam
06 
May
2026
18:13
12
3
1460

103 kiloqram narkotik vasitənin hansı ölkədən Gürcüstana gətirildiyi məlum olub

Ermənistandan Gürcüstana gətirilən külli miqdarda narkotik vasitə – 103 kiloqrama qədər “metamfetamin” narkotik vasitə müsadirə olunub. Məlumata görə, götürülən narkotikin qara bazardakı dəyəri təxminən 30 milyon lari təşkil edir. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb. Qurumun məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs şəxsiyyəti naməlum şəxslərlə əvvəlcədən razılığa gələrək, xüsusilə külli miqdarda “metamfetamin” narkotik maddəsini Gürcüstandan Bolqarıstan Respublikasına daşımaq məqsədilə şirkətinə məxsus yük maşınını Ermənistana göndərib. O, narkotik maddəni “kaustik soda” adı altında yük maşınının qoşqusuna yükləyib və aprelin 28-də şirkətinin sürücüsü vasitəsilə “Sadaxlı” sərhəd keçid məntəqəsindən qanunsuz olaraq Gürcüstana idxal edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yük maşınında aparılan axtarış nəticəsində 103 kq “metamfetamin” aşkar edilərək müsadirə olunub. Saxlanılan şəxs Cinayət Məcəlləsinin 260-cı maddəsinin 2-ci hissəsinin “b” bəndi, 3-cü hissəsinin “a” bəndi (bir qrup tərəfindən külli miqdarda narkotik vasitələrin qanunsuz alınması və saxlanması) və 262-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi, 4-cü hissəsinin “a” bəndi (bir qrup tərəfindən Gürcüstana külli miqdarda narkotik vasitələrin qanunsuz idxalı) ilə ittiham olunub ki, bu da 20 ilədək azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

www.24news.ge