Haqqımızda Reklam
06 
Sen
2025
11:15
18
2
567

Tbilisidə keçmiş məhkum soyuq silahla hücum etdiyinə görə saxlanılıb (VİDEO)

Tbilisi şəhərində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan şəxs saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş L.G-ni saxlayıblar. O, 1976-cı il təvəllüdlü V.Q-ya bıçaqla xəsarət yetirməkdə təqsirləndirilir. Araşdırmalara əsasən, hadisə şəxslər arasında yaranmış mübahisə zəminində baş verib. L.G soyuq silahdan istifadə edərək V.Q-ya qabırğa nahiyəsindən xəsarət yetirib və hadisə yerindən qaçıb. Yaralı şəxs xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi "isti izlərlə" saxlayıb. Cinayətin aləti – bıçaq maddi sübut kimi götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi açılıb. Cinayət sübuta yetirilərsə, təqsirləndirilən şəxsi 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

www.24news.ge