Haqqımızda Reklam
27 
Iyl
2026
12:55
5
0
1197

Marneuli–Bolnisi yolunda ağır qəza hadisəsi baş verib (FOTO)

Marneuli–Bolnisi avtomobil yolunun Kazreti hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 24News.ge xəbər portalına daxil olan məlumata əsasən, qəza yük avtomobili ilə Ford markalı avtomobilin toqquşması nəticəsində baş verib. Hadisə zamanı Ford markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alıb. Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

www.24news.ge