Haqqımızda Reklam
03 
Sen
2025
23:56
30
10
477

BGMİ-nin din rəhbərləri Türkiyə Diyanət sədri ilə görüşüblər

Ankarada keçirilən beynəlxalq konfrans çərçivəsində, BGMİ-nin din rəhbərləri və Türkiyə Diyanət İşləri Başqanlığının sədri prof. Ali Erbaş arasında görüş baş tutub. 24News.ge xəbər verir ki, bu barədə BGMİ-dən məlumat verilib. Görüşdə Gürcüstan müsəlmanları idarəsinin şeyxi Hacı Faiq Nəbiyev, idarənin Şərqi Gürcüstan üzrə müftisi Hacı Etibar Eminov və Qərbi Gürcüstan üzrə Mufti Hacı Adəm Şantadze iştirak ediblər. Bildirilib ki, görüş zamanı Bütün Gürcüstan Müsəlmanları İdarəsi ilə Türkiyə Diyanət İşləri Başqanlığı arasındakı əlaqələr dəyərləndirilib, gələcəkdə əlaqələrin möhkəmləndirilməsi və dərinləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

www.24news.ge