Haqqımızda Reklam
28 
Iyl
2026
14:34
4
5
684

Azyaşlı qızın zorlanması faktı üzrə yaxın qohumu saxlanılıb

Quriyada 14 yaşlı yeniyetməni zorlamaqda şübhəli bilinən məktəblinin xalasının əri saxlanılıb. 24News.ge xəbər verir ki, yerli sakinlərin məlumatına görө, 14 yaşlı qıza qarşı cinsi zorakılığı yeniyetmənin evinə qonaq gələn xalasının əri törədib. Hüquq-mühafizə orqanları şübhəli şəxsi dünən, 14 yaşlı qızın anası polisə müraciət etdikdən sonra saxlayıblar. Mövcud məlumata görə, hadisə dünən baş verib və şübhəli şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qısa müddətdə saxlanılıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin zorlamanı nəzərdə tutan 137-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge