Haqqımızda Reklam
27 
Iyl
2026
23:27
2
1
135

Paşinyan və Putin arasında gərgin telefon danışığı baş tutub

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. 24News.ge xəbər verir ki, erməni mətbuatının yaydığı məlumata görə, söhbətin əsas mövzusu iki ölkə arasında iqtisadi vəziyyətin yaxşılaşdırılması olub. Telefon danışığı zamanı Nikol Paşinyan bildirib ki, Rusiyanın Ermənistan məhsullarının idxalına tətbiq etdiyi qadağa iki ölkə arasında mövcud hüquqi çərçivəyə ziddir və bu problemin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini xahiş edib. Paşinyanın sözlərinə görə, Ermənistan hökuməti ölkələr arasında mövcud problemlərin açıq, tərəfdaşlıq və dostluq prinsiplərinə əsaslanan dialoq yolu ilə həllinə hazırdır. Baş nazir, həmçinin qeyd edib ki, Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum yalnız ölkə Aİ-yə rəsmi üzvlük müraciəti etdikdən və proses praktiki mərhələyə keçdikdən sonra mümkün olacaq. Telefon danışığı ilə bağlı məlumatı Rusiya tərəfi də yayıb. TASS agentliyinin məlumatına görə, Ermənistan tərəfinin təşəbbüsü ilə keçirilən danışıq zamanı tərəflər Ermənistanın həm Avropa İttifaqına üzvlüyü, həm də Avrasiya İqtisadi İttifaqında qalması ilə bağlı referendum keçirilməsinin zəruriliyini müzakirə ediblər. Kremlin sözçüsü Dmitri Peskov Putinlə Paşinyan arasında telefon danışığından sonra bildirib ki, Ermənistan xalqının hansı istiqamətdə getmək istədiyini müəyyən etmək üçün Ermənistanda mümkün qədər tez bir zamanda referendum keçirilməlidir.

www.24news.ge