Haqqımızda Reklam
11 
Mar
2025
15:05
23
11
1561

Gürcüstanda buğda əkən əksər fermerlər əkinçiliyi dayandırıb

Bir sıra fermerlər torpaqlarını satır, bəziləri əkinçiliyi dayandırıb, buğdanın qiymətinin aşağı olması fermerlərə ciddi problemlər yaradır. 24News.ge xəbər verir ki, bu barədə Taxıl İstehsalçıları Assosiasiyasının rəhbəri Nikoloz Beniaidze açıqlama verib. O bildirib ki, əkin sahələrinin azalması son iki ildə buğdanın qiymətinin aşağı düşməsi ilə bağlıdır, bu da fermerlər üçün maliyyə problemi yaradıb. Onun sözlərinə görə, 2023-cü ildə məhsul yarı qiymətinə satıldığı üçün, 2024-cü ildə az taxıl səpilib. Mütəxəsis bildirib ki, digər bir amil ondan ibarətdir ki, qarğıdalı nisbətən əlverişli qiymətə satıldığına görə, Laqodexi və bir sıra bölgələrin fermerləri qarğıdalı əkininə keçiblər. Nikoloz Beniaidze bildirib ki, Rusiyanın buğda ixracına vergi tətbiq etməsi qiymətlərə təsir edə bilər və ötən il fermerlər 40-50 tetriyə buğda satırdısa, artıq 70-80 tetri civarında sabitləşib. Onun sözlərinə görə, qiymətlər real olarsa, sektor irəliləyəcək. Məlumat üçün bildirək ki, 2025-ci ilin yanvar ayında Gürcüstana 5,29 milyon dollar dəyərində 22 min 41 ton buğda idxal edilib. Həmin dövrdə gürcü buğdası ixrac olunmayıb.

www.24news.ge