Haqqımızda Reklam
08 
Fev
2025
18:26
30
27
535

Kobaxidzedən açıqlama: "NATO-ya qoşulmaq Gürcüstanın gündəliyində deyil"

"Gürcüstanın NATO-ya inteqrasiyası gündəmdə deyil". 24News.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze açıqlama verib. "Bizim kifayət qədər aydın xarici siyasət məqsədlərimiz var. NATO-ya inteqrasiya məsələsinə gəlincə, Qərb ölkələrinin qərarları və yanaşmaları səbəbindən hələ ki gündəmdə deyil", - deyə Baş nazir bildirib. Kobaxidze qeyd edib ki, Avropa İttifaqına inteqrasiya Gürcüstanın xarici siyasətinin əsas prioriteti olaraq qalır. Onun sözlərinə görə, 2030-cu ilə qədər Aİ üzvü olmaq hədəfi Gürcüstan üçün əlçatandır. O, əlavə qeyd edib ki, ölkə hər hansı addım atarkən bütün yan təsirləri nəzərə alır.

www.24news.ge