Haqqımızda Reklam
26 
Iyl
2026
19:54
4
1
106

Gəlirlər Xidməti Sarpi sərhəd-keçid məntəqəsində yaranan sıxlığa aydınlıq gətirib

Gəlirlər Xidməti bildirib ki, Sarpi Gömrük-Sərhəd Keçid Məntəqəsi yay mövsümündə artan yük və sərnişin axınına baxmayaraq, normal rejimdə və heç bir fasilə olmadan fəaliyyət göstərir. 24News.ge xəbər verir ki, qurumun yaydığı məlumata əsasən, hər iki istiqamətdə sərhədkeçmə nəzarət prosedurları standart qaydada və tam gücü ilə həyata keçirilir. "Sarpi Gömrük-Sərhəd Keçid Məntəqəsi aktiv mövsüm şəraitində artan yük və sərnişin axını fonunda fasiləsiz fəaliyyət göstərir. Hər iki ölkə istiqamətində sərhədkeçmə nəzarəti standart prosedurlara uyğun və tam yüklə davam etdirilir", – deyə qurumun açıqlamasında bildirilir. Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Sarpi sərhəd-keçid məntəqəsində böyük növbələr yaranmışdı. Vətəndaşlar sərhədi keçməkdə çətinlik çəkdiklərini bildirərək kömək istəmiş, sıxlığın artan sərnişin axını səbəbindən yarandığını qeyd etmişdilər.

www.24news.ge