Haqqımızda Reklam
14 
Yan
2025
17:51
18
67
1347

Lavrov: "ATƏT müşahidəçiləri Gürcüstanda keçirilən seçkilər zamanı ciddi pozuntu müşahidə etməyiblər"

"ATƏT müşahidəçiləri Gürcüstanda keçirilən seçkilər zamanı heç bir ciddi pozuntu müşahidə etməyiblər". 24News.ge xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib. O bildirib ki, Qərb gürcü xalqının seçimini tanımaq istəmir: “Görün gürcü xalqını necə məsxərəyə qoyurlar. Yeri gəlmişkən, bizi də seçkilərə müdaxilə etməkdə ittiham edirdilər. ATƏT müşahidəçiləri heç bir ciddi pozuntu müşahidə etməyiblər. Bu o deməkdir ki, hər şey düzgün, qanuni şəkildə edilib, amma yox, bu, onların xoşuna gəlmir”, - deyə Lavrov qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989