Haqqımızda Reklam
24 
Sen
2024
13:20
65
10
1583

Azərbaycanın Gürcüstana göndərdiyi 23 mindən çox dərslik Təhsil Nazirliyinə təhvil verilib

Azərbaycanın Elm və Təhsil Nazirliyi Gürcüstandakı azərbaycandilli məktəblər üçün 2024-2025-ci tədris ilində istifadə edilməsi nəzərdə tutulan dərsliklər və müəllimlər üçün metodik vəsaitlər göndərib. 24News.ge xəbər verir ki, bu gün Tbilisiyə çatdırılmış kitablar Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəsilə Gürcüstanın Təhsil və Elm Nazirliyinə təhvil verilib. Səfirliyin məlumatına əsasən, Gürcüstan tərəfinə 18 adda 23 960 ədəd Ana dili və ədəbiyyatı dərsliyi çatdırılıb. Bu dərsliklər Gürcüstanın Təhsil və Elm Nazirliyi tərəfindən azərbaycandilli məktəblərə paylanacaq. Qeyd edək ki, Azərbaycan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən etibarən Gürcüstanda Azərbaycan dilində təhsil alan I-XI sinif şagirdləri üçün dərsliklər göndərməkdədir. Bugünədək Azərbaycanın Elm və Təhsil Nazirliyi tərəfindən Gürcüstandakı azərbaycandilli məktəblərə ümumilikdə 650 mindən çox dərslik və digər metodik vəsait göndərilib.

www.24news.ge