Haqqımızda Reklam
10 
Avq
2026
14:32
6
1
1081

Son bir ay ərzində bir sıra şəxslərin sosial yardımı dayandırılıb

Son bir ay ərzində 7 235 nəfərin sosial yardımı dayandırılıb. 24News.ge xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin məlumatında qeyd olunub. Belə ki, 2026-cı ilin iyun ayında yaşayış minimumu müavinəti alanların sayı 584 137 nəfər olub. İyul ayında isə bu göstərici 576 902 nəfərə düşüb. Birillik göstəriciyə nəzər saldıqda isə, bu müddət ərzində 130 915 nəfərin sosial yardımı dayandırılıb. 2025-ci ilin iyulunda dövlət tərəfindən 707 817 sosial müdafiəyə ehtiyacı olan şəxs maliyyə yardımı alırdı. Cari ilin ayları üzrə statistikaya əsasən, yanvar ayından iyul ayına qədər sosial yardım alanların sayında hər ay azalma qeydə alınıb. 2026-cı ilin yanvar-iyul aylarında sosial yardım alanların sayı aşağıdakı kimidir: Yanvar – 710 226 nəfər; Fevral – 709 458 nəfər; Mart – 667 793 nəfər; Aprel – 645 920 nəfər; May – 605 033 nəfər; İyun – 584 137 nəfər; İyul – 576 902 nəfər. Xatırladaq ki, sosial müdafiəyə ehtiyacı olan ailələrin məlumat bazasında qeydiyyatda olan şəxslərin sayının reallığı əks etdirməməsi ilə bağlı ilk açıqlamanı Baş nazir İrakli Kobaxidze 2025-ci il noyabrın 26-da verib. Baş nazir həmin vaxt bildirib ki, Gürcüstanda hazırda sosial yardım alan insanların sayı ölkədə faktiki olaraq yoxsulluq şəraitində yaşayanların sayından çoxdur və bu göstəriciyə yenidən baxılmalıdır. Daha sonra hökumət sosial müdafiəyə ehtiyacı olan ailələrin məlumat bazasında qeydiyyat qaydalarını dəyişib. Hökumətin yeni qərarına əsasən, sistemdə daha sərt maliyyə həddi tətbiq olunub. Bu hədd yüksək gəlirə malik şəxslərin sosial yardım almaq imkanının avtomatik dayandırılmasını nəzərdə tutur.

www.24news.ge