Haqqımızda Reklam
08 
Avq
2024
22:08
29
60
2607

Ermənistan, İran və Hindistan Gürcüstandan keçən yeni ticarət yolu yaradır...

Ermənistan, İran və Hindistan yeni ticarət yolu açmağı planlaşdırır. 24News.ge xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Nəşrin məlumatına görə, hər üç ölkənin nümayəndələri yaxın vaxtlarda görüş keçirəcəklər. Görüşün İran ərazisində baş tutacağı bildirilir. Marşruta gəlincə, Hindistanın Mumbay limanından İranın Çabahari vasitəsilə Ermənistan ərazisinə keçərək Gürcüstana daxil olacaq və oradan da, yüklər Aİ ölkələrinə göndəriləcək. Ekspertlərin hesablamalarına görə, yeni ticarət dəhlizi logistika xərclərini dörd dəfə, daşıma müddətini isə iki dəfə - 40 gündən 18 günə qədər azaldacaq. Təhlilçilərin fikrincə, sözügedən layihənin uğurla həyata keçirilməsi mövcud dəniz yollarına, o cümlədən Süveyş kanalı vasitəsilə perspektivli alternativ ticarət yolu hesab olunur.

www.24news.ge