Haqqımızda Reklam
08 
May
2024
20:34
47
9
2307

24Kargo şirkəti Türkiyə ilə yanaşı Azərbaycandan bağlamaların daşınması xidmətinə başlayıb

Ötən ilin noyabr ayından fəaliyyətə başlayan 24Kargo şirkəti artıq bölgədə çox saylı insanların rəğbətini qazanıb. 24News.ge xəbər verir ki, hazırda onlayn alış verişin geniş yayıldığı bir vaxtda 24Kargo şirkəti Türkiyə ilə yanaşı Azərbaycandan da, kargoların gətirilməsinə başlayıb. Şirkət öz müştərilərinə hər iki ölkədən Gürcüstana bağlamaların təhlükəsiz şəkildə daşınması xidmətini təklif edir. Bu yolla bizi seçən müştərilər həm etibarlı, həm də daha az ödənişlə (Türkiyədən kiloqramı cəmi 7 lariyə, Azərbaycandan isə 8 lariyə) məhsullarını əldə edə bilirlər. Şirkət həmçinin, endirimli qiymətlərlə kiçik yüklərlə yanaşı, böyük yüklərin daşınması xidmətlərini də təklif edir. Bundan başqa 24Kargo vasitəsi ilə sifariş verən müştərilər üçün hədiyyə kampaniyası da davam edir. Belə ki, məhsul sifariş etdiyiniz zaman şirkətimizə ödədiyiniz hər 10-lari və daha artıq məbləğə görə, sizə hədiyyə kuponu təqdim ediləcək və nəhayət 30 gün sonra sözügedən kuponlar 24News Tv-də canlı yayım vasitəsi ilə oynanılacaq. Türkiyənin və Azərbaycanın bütün mağazalarından alış-veriş etmək üçün, elə indi 24Kargo.ge saytına daxil olaraq qeydiyatdan keçin. Qeyd edək ki, hazırda 24Kargonun Marneuli, Rustavi, Qardabani, Sadaxlı, İkinci Kosalı və (Bolnisi) Kəpənəkçi ofisləri fəaliyyət göstərir. 24Kargo ilə bağlı daha ətraflı məlumat almaq üçün 514 26 24 24 qaynar xətti ilə istər WhatsApp üzərindən istərsə də zəng vasitəsi ilə suallarınızı ünvanlaya bilərsiniz.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989