Haqqımızda Reklam
20 
Sen
2023
20:39
19
10
1789

Dolların dəyər qazanması fonunda Milli Bank 20 milyon satıb

Bu gün, Milli Bank valyuta hərracında 20 milyon ABŞ dolları satıb. 24News.ge xəbər verir ki, bu barədə Milli Bank məlumat yayıb. Məlumata əsasən, orta hesabla məzənnə 2,6841 lari olaraq müəyyən olunub. Qeyd edək ki, son iki gün ərzində dolların məzənnəsində yüksəliş müşahidə olunurdu. Ekspertlər qarşıdakı günlərdə dolların yenidən aşağı düşərək 2,6000 civarında sabitləşəcəyini proqnozlaşdırırlar. Məlumat üçün bildirək ki, bu gün 1 ABŞ dollarının satış qiyməti 2.6750 lari olaraq müəyyənləşdirilib.

www.24news.ge