Haqqımızda Reklam
14 
Iyl
2023
13:53
7
49
2812

Gürcüstanda orta aylıq yaşayış minimumu açıqlanıb

2023-cü ilin iyun ayında Gürcüstanda əmək qabiliyyətli kişinin orta aylıq yaşayış minimumu 254 lari, 50 tetri olaraq müəyyən edilib. 24News.ge xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumatda bildirilir ki, cari il ərzində Gürcüstanda əmək qabiliyyətli yaşda olan kişilər üçün yaşayış minimumu ən yüksək yanvar ayında qeydə alınıb ki, bu da 256,9 lari təşkil edib. May ayında isə orta aylıq əməkhaqqı 253.4 lari olaraq qeydə alınıb. Məlumat üçün bildirək ki, Milli Statistika Xidməti yaşayış minimumunu minimum ərzaq səbətinə əsasən müəyyən edir. Sözügedən səbətdə əmək qabiliyyətli kişinin normal həyatı və əmək qabiliyyəti üçün fizioloji cəhətdən zəruri olan qidalar öz əksini tapır. Minimum ərzaq səbəti 40 məhsuldan ibarətdir. Bunlar: çörək, taxıl, ət, süd məhsulları, tərəvəz və qənnadı məmulatlarıdır.

www.24news.ge