Haqqımızda Reklam
01 
Mar
2023
21:45
33
5
1068

Gürcüstanda təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

2021/22-ci dərs ilinin əvvəlində Gürcüstanın ali təhsil müəssisələrində 903 Azərbaycan vətəndaşı olan tələbə qeydə alınıb. 24News.ge xəbər verir ki, bu barədə Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, bunlardan 660-ı kişi, 243 isə qadındır. Gürcüstanda təhsil alan Azərbaycan vətəndaşlarının əksəriyyəti özəl ali təhsil müəssisələrində qeydiyyatdan keçiblər. Belə ki, onlardan 546-sı özəl, 357-si isə dövlət ali təhsil məktəblərində qeydiyyata alınıblar. 2020-2021-ci tədris ilində isə Gürcüstanın ali təhsil müəssisələrində 901 Azərbaycan vətəndaşı təhsil alıb.

www.24news.ge