Haqqımızda Reklam
29 
Nybr
2026
15:01
2
0
30

Silah və döyüş sursatlarının saxlanılması ittihamı ilə 9 nəfər saxlanılıb (VİDEO)

Daxili İşlər Nazirliyinin müxtəlif ərazi polis departamentlərinin əməkdaşları keçirdikləri əməliyyat-profilaktik tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlamaqda şübhəli bilinən 9 nəfəri saxlayıblar. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Aparılan axtarışlar zamanı maddi sübut kimi müxtəlif növ qanunsuz odlu silah və döyüş sursatları götürülüb. Bunların arasında 3 avtomat, 4 tapança, 2 ov tüfəngi, 2 kəsilmiş lüləli tüfəng, səsboğucu, partlayıcı fitil, daraqlar və təxminən 2 000 ədəd patron var. Bundan əlavə, hüquq-mühafizə orqanları tərəfindən “kannabis” bitkisi və marixuana da aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 236-cı, 260-cı və 265-ci maddələri ilə istintaq aparılır. Həmin maddələr 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge