Haqqımızda Reklam
28 
Nybr
2026
14:01
8
2
546

Bu gün Tbilisidə etiraz aksiyası və yürüş keçiriləcək

Bu gün Tbilisidə etiraz yürüşü və aksiya keçiriləcək. Aksiya Gürcüstanın Avropa İttifaqına üzvlük danışıqlarının dayandırılması ilə bağlı qərarın elan edilməsindən sonra başlayan davamlı etirazların iki illiyinə həsr olunacaq. 24News.ge xəbər verir ki, aksiya iştirakçıları saat 19:00-da şəhərin müxtəlif məkanlarında toplaşacaqlar. Məlumata görə, vətəndaşların və siyasətçilərin bir qismi Tbilisi Dövlət Universitetinin (TSU) yaxınlığında toplaşaraq yürüşə başlayacaq. Digər iştirakçılar isə etiraz yürüşünə Avlabari metro stansiyasının ərazisindən start verəcəklər. Aksiya iştirakçılarının Orbeliani meydanında da toplaşacağı bildirilir. Yürüşlərin Azadlıq meydanı istiqamətində davam edəcəyi qeyd olunur. Xatırladaq ki, 2024-cü il noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin Avropa İttifaqına üzvlük danışıqları prosesini dayandırdığını açıqlayıb. Bu bəyanatdan sonra ölkədə etirazlar başlayıb və aksiyalar gündəlik xarakter alıb.

www.24news.ge