Haqqımızda Reklam
21 
Nybr
2026
11:39
4
9
293

Zaxarova: Gürcüstan Rusiya ilə diplomatik münasibətlərin bərpası üçün müraciət etməyib

Gürcüstan Rusiya ilə diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə Moskvaya müraciət etməyib. 24News.ge xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib. Zaxarova noyabrın 19-da Minskdə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə Gürcüstanın Rusiya ilə münasibətlər üzrə baş nazirin xüsusi nümayəndəsi Georgi Zurabaşvili arasında keçirilən görüşü şərh edib. Onun sözlərinə görə, tərəflər arasında bu formatda danışıqlar Rusiya və Gürcüstan münasibətlərinin gələcək inkişafı maraqları çərçivəsində davam etdiriləcək. “Diplomatik münasibətlərin bərpası perspektivlərinə gəlincə, Gürcüstan tərəfi bu barədə hər hansı təşəbbüslə müraciət etməyib”, – deyə Mariya Zaxarova bildirib.

www.24news.ge