Haqqımızda Reklam
22 
Nybr
2026
19:35
5
2
1827

DİN-dən Qaracalarda baş verən silahlı hücumla bağlı açıqlama

Qardabani bələdiyyəsinin Qaracalar kəndində baş verən silahlı insidentlə əlaqədar bir nəfər saxlanılıb. Hadisə zamanı xəsarət alan olmayıb. 24News.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına əsasən, saxlanılan şəxs ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhdə kömək etməkdə ittiham olunur. Nazirliyin açıqlamasında bildirilir ki, ikinci şəxsin saxlanılması məqsədilə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 25-ci, 19-109-cu, 236-cı və 187-ci maddələri üzrə istintaq aparılır. Həmin maddələr ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhdə kömək etməyi, odlu silahın qanunsuz əldə edilməsini, saxlanılmasını və daşınmasını, eləcə də əmlakın zədələnməsi və ya məhv edilməsini nəzərdə tutur. Qeyd edək ki, bu gün Qardabani bələdiyyəsinin Qaracalar kəndində yerli iş adamı Duriç Hacıyev silahlı hücuma məruz qalıb. Naməlum şəxslər onun yaşadığı evin yaxınlığında pusqu quraraq avtomobilinə atəş açıblar.

www.24news.ge