Haqqımızda Reklam
22 
Nybr
2026
18:11
5
7
2946

SON DƏQİQƏ! Qaracalar kəndində iş adamına silahlı hücum edilib – avtomobil atəşə tutulub

Qardabani bələdiyyəsinin Qaracalar kəndində yerli iş adamı D. Hacıyev silahlı hücumun hədəfi olub. Naməlum şəxslər onun yaşadığı evin yaxınlığında pusqu quraraq avtomobilinə atəş açıblar. 24News.ge xəbər verir ki, hadisə iş adamının restorandan evə qayıtdığı zaman baş verib. Həmin vaxt avtomobildə onun azyaşlı övladlarının da olduğu bildirilir. Sakinlərin verdiyi məlumata görə, hücumun ehtimal olunan motivi maliyyə mübahisəsi olub. İddialara görə, iş adamı şantaj edilib və ondan biznesdə pay tələb olunub. Məlumatda bildirilir ki, Hacievdən 100 min lari tələb edilsə də, o, hücum edən şəxslərə tələb olunan məbləğdən daha az pul təklif edib. Lakin iş adamının ailəsi bu versiyanı təkzib edir. Hacıyevin atası ailənin heç bir maliyyə mübahisəsinin olmadığını bildirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və faktla bağlı araşdırmaya başlanılıb.

www.24news.ge