Haqqımızda Reklam
24 
Sen
2026
23:07
7
0
667

Gürcüstanda quş qripi yayılıb? Rəsmi qurumdan cavab

Gürcüstanda quş qripinin təsdiqlənmiş halı qeydə alınmayıb. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Qida Agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, qurum heyvan sağlamlığının qorunması proqramı çərçivəsində xəstəliklərə, o cümlədən quş qripinə qarşı mütəmadi nəzarət və laboratoriya tədqiqatları həyata keçirir. Aparılan araşdırmaların nəticələrinə əsasən, Gürcüstanda quş qripinə yoluxmanın təsdiqlənmiş halı aşkarlanmayıb. Agentlik bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən, biznes operatoru yoluxucu xəstəliyə şübhə yarandığı və ya xəstəlik aşkarlandığı halda bu barədə dərhal Agentliyə məlumat verməlidir. Bundan sonra Agentlik biznes operatoru ilə birlikdə qanunvericilikdə nəzərdə tutulan tədbirləri həyata keçirir. “Hazırkı mərhələdə Agentliyə hər hansı infeksiyanın yayılması ilə bağlı məlumat daxil olmayıb. Milli Qida Agentliyi quşçuluq sektoru nümayəndələri ilə intensiv əlaqəni və monitorinqi davam etdirir”, – deyə məlumatda bildirilib.

www.24news.ge