Haqqımızda Reklam
24 
Sen
2026
14:57
8
12
242

Azərbaycan və Gürcüstan arasında idman sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)

Azərbaycanın Gənclər və idman naziri Fərid Qayıbov Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 24News.ge xəbər verir ki, bu barədə Azərbaycanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib. Görüş zamanı Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı, eləcə də gənclər və idman sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, iki ölkənin aidiyyəti qurumları arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

www.24news.ge