Haqqımızda Reklam
22 
Sen
2026
13:32
3
0
585

Zorakılıq və hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən iki qardaş saxlanılıb

Tbilisi Polis Departamentinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qrup halında törədilmiş zorakılıq və hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə üç nəfər saxlanılıb. 24News.ge xəbər verir ki, saxlanılanlar arasında əvvəllər dəfələrlə məhkum olunmuş 1986-cı il təvəllüdlü qardaşlar – Giorgi və David Peykrişvililər, həmçinin 1983-cü il təvəllüdlü daha bir şəxs var. İstintaqla müəyyən edilib ki, Giorgi Peykrişvili bir vətəndaşı Tbilisidə yerləşən yaşayış evinə apararaq ondan “kriminal himayə” qarşılığında külli miqdarda pul tələb edib. O, pul verilmədiyi təqdirdə həmin şəxsi öldürməklə hədələyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi Tbilisidə saxlayıblar. Digər cinayət işi üzrə aparılan istintaq tədbirləri nəticəsində isə müəyyən edilib ki, Tbilisidə şəxsi mübahisə zəminində David Peykrişvili və onun şəxsi mühafizəçisi gənc kişiyə qarşı qrup halında zorakılıq törədiblər. Keçirilən əməliyyat və istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları hər iki şəxsi saxlayıblar. Faktlarla bağlı araşdırma Cinayət Məcəlləsinin 181-ci və 126-cı maddələri ilə aparılır.

www.24news.ge