Haqqımızda Reklam
12 
Sen
2026
11:52
4
1
140

Husilər Bab əl-Məndəbdəki son iki adanı da ələ keçiriblər

Husilər Bab əl-Məndəb boğazında onların nəzarətində olmayan son iki adanı - Böyük və Kiçik Haniş adalarını da ələ keçiriblər. 24News.ge xəbər verir ki, bu barədə "The Times of Israel" AFP-yə istinadən məlumat yayıb. Yəmən hökumətinin adının açıqlanmasını istəməyən hərbi rəsmisi agentliyə deyib: "Qərb sahilində nəzarətimiz altında olan hər şeyi itirdik". Daha əvvəl husilər Qırmızı dəniz sahilindəki Moxa şəhəri üzərində nəzarəti təmin edib, bundan sonra isə beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinin nəzarətindəki sahilin qalan hissəsini ələ keçiriblər. Nəticədə husilər ölkənin bütün qərb sahili üzərində nəzarəti ələ alıblar.

www.24news.ge