Haqqımızda Reklam
17 
Avq
2026
19:04
3
4
275

“Qırmızı Körpü”də 10 kilometrdən çox TIR növbəsi yaranıb (VİDEO)

Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində Azərbaycana keçmək üçün gözləyən yük avtomobillərinin uzun növbəsi yaranıb. 24News.ge xəbər portalına müsahibə verən sürücülərin sözlərinə görə, növbənin uzunluğu 10 kilometrdən çoxdur və yüzlərlə TIR sərhədi keçmək üçün gözləyir. Sürücülər günlərdir növbədə olduqlarını, sərhədi keçmək üçün daha 4-5 gün gözləməli ola biləcəklərini bildirirlər. Onlar Türkiyədən Azərbaycana daşıdıqları ərzaq məhsullarının uzun gözləmə səbəbindən xarab olacağından narahatdırlar. Məsələ ilə bağlı Gürcüstan DİN-in Sərhəd Polisi Departamentinə müraciət etdik. Qurumdan xəbər portalımıza bildirildi ki, “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin fəaliyyətində hər hansı problem və ya maneə yoxdur. Gürcüstanın Gəlirlər Xidmətindən də hər hansı problem barədə məlumat verilməyib. Bildirilib ki, müşahidə olunan uzun növbənin yaranmasına “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinə yönələn yük maşınlarının sayının artması səbəb olub. Mövzu ilə bağlı daha ətraflı əməkdaşlarımızın hazırladığı reportajı təqdim edirik:

www.24news.ge