Haqqımızda Reklam
14 
Avq
2026
20:02
8
3
325

Müdafiə naziri Azərbaycanın Gürcüstandakı səfiri ilə görüşüb (FOTO)

Baş nazirin müavini, müdafiə naziri İrakli Çikovani Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Görüş zamanı İrakli Çikovani Azərbaycan tərəfinin nümayəndələri ilə regionun təhlükəsizliyi baxımından iki ölkə arasında mövcud strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Məlumata görə, Azərbaycan səfiri müdafiə nazirinə yeni müdafiə attaşesi, polkovnik Arzu Həsənovu təqdim edib. İrakli Çikovani Arzu Həsənovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona peşəkar fəaliyyətində uğurlar arzulayıb. Görüşdə həmçinin Cənubi Qafqazda sülh, sabitlik və uzunmüddətli inkişafın təmin olunmasında Gürcüstanın rolu qeyd edilib. Tərəflər müdafiə sahəsində ikitərəfli və üçtərəfli əməkdaşlıq formatları çərçivəsində nəzərdə tutulan məsələləri də müzakirə ediblər.

www.24news.ge