Haqqımızda Reklam
10 
Avq
2026
09:53
7
3
568

“Qeyrət” Xalq Hərəkatının təsisçilərindən biri Əlibala Əsgərov vəfat edib

Gürcüstanda uzun illər fəaliyyət göstərən “Qeyrət” Xalq Hərəkatının təsisçilərindən biri, dini və ictimai xadim, ziyalı Əlibala Əsgərov vəfat edib. 24News.ge xəbər verir ki, Əlibala Əsgərov avqustun 9-da axşam saatlarında dünyasını dəyişib. 1956-cı ildə anadan olan Əlibala Əsgərovun uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir. O, ictimai fəaliyyəti və dini sahədə gördüyü işlərlə yanaşı, Marneuli bölgəsinin ictimai həyatında da fəal iştirak edib. Əlibala Əsgərovun dəfn mərasimi avqustun 11-də doğulduğu Marneuli bələdiyyəsinin Dəmiyə-Gorarxı kəndində keçiriləcək. Allah rəhmət eləsin!

www.24news.ge