Haqqımızda Reklam
09 
Avq
2026
14:49
7
11
210

Prokurorluq Nika Melianın ətrafı da daxil olmaqla üç nəfəri seçki kampaniyası zamanı zorakılıqda ittiham edib

Prokurorluq 2024-cü il avqustun 11-də Samtrediyada seçkiqabağı kampaniya tədbiri zamanı baş vermiş zorakılıq faktı ilə bağlı üç nəfərə ittiham irəli sürüb. 24News.ge xəbər verir ki, Prokurorluğun məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq nəticəsində müəyyən edilib ki, 2024-cü il avqustun 11-də “Axali” siyasi partiyasının Samtrediya rayon təşkilatının ofisinin açılışı zamanı Sulxan-Saba Nikoleyşvili Nikanor Melianın baş nahiyəsinə zərbə endirib. Nəticədə Nikanor Melia fiziki ağrı hiss edib. Hadisə zamanı Nikanor Melianı müşayiət edən şəxslər – Qabriel Kobaidze və Çotne Mirtsxulava isə cavab olaraq Sulxan-Saba Nikoleyşviliyə fiziki zor tətbiq ediblər. Nəticədə Nikoleyşvili yüngül dərəcəli xəsarət alıb. Hüquq-mühafizə orqanları üç şəxsə Cinayət Məcəlləsinin 162¹ maddəsinin birinci hissəsi ilə ittiham irəli sürüb. Sözügedən maddə seçkiqabağı kampaniya tədbiri zamanı zorakılığa görə cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Prokurorluq təqsirləndirilən şəxslər barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.

www.24news.ge