Haqqımızda Reklam
25 
Iyl
2026
11:59
16
2
720

Qardabanidə yük avtomobilini oğurlayan şəxs saxlanılıb (VİDEO)

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon İdarəsinin əməkdaşları nəqliyyat vasitəsinin oğurlanması ittihamı ilə əvvəllər məhkum olunmuş şəxsi saxlayıblar. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Qardabani bələdiyyəsinin Martkopi kəndi yaxınlığında bir şirkətə məxsus yük avtomobilini qanunsuz olaraq ələ keçirərək hadisə yerindən uzaqlaşıb. Nazirliyin məlumatına görə, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsin kimliyini qısa müddətdə müəyyən edərək onu təqsirləndirilən şəxs qismində saxlayıblar. Polis oğurlanmış yük avtomobilini Ozurgeti bələdiyyəsində aşkar edərək maddi sübut kimi götürüb. Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsinin "d" bəndi (nəqliyyat vasitəsinin oğurlanması) ilə istintaq aparılır. Bu cinayət əməli 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge