Haqqımızda Reklam
13 
Iyl
2026
15:17
10
8
1815

Qarşıdakı günlərin hava proqnozu açıqlanıb...

İyulun 17-dək ölkənin əksər ərazilərində fasilələrlə yağış yağacağı, bəzi yerlərdə isə yağıntıların güclü olacağı gözlənilir. 24News.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, bəzi bölgələrdə şimşək çaxacağı, dolu düşəcəyi və küləyin güclənəcəyi ehtimal olunur. Milli Hidrometeorologiya Xidmətinin açıqlamasına əsasən, gözlənilən yağıntılar nəticəsində Gürcüstan çaylarında suyun səviyyəsinin artması, kiçik çaylarda daşqınların baş verməsi, eləcə də ölkənin dağlıq və dağətəyi zonalarında torpaq sürüşmələrinin və sel hadisələrinin baş verməsi təhlükəsi mövcuddur. İyulun 17-dək havanın temperaturu gündüzlər +30, +35°, gecələr isə +19, +22° təşkil edəcək.

www.24news.ge