Haqqımızda Reklam
13 
Iyl
2026
11:06
5
3
656

Gecə klubunun mühafizəçisi bıçaqlanıb – şübhəli saxlanılıb (VİDEO)

Tbilisidə gecə klublarından birinin yaxınlığında baş verən mübahisə zamanı həmin klubun mühafizəçisi soyuq silahla yaralanıb. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin bildirdiyinə görə, yaralı kişi tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib. İstintaqla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş şəxs mübahisə zəminində gecə klubunun mühafizəçisinə soyuq silahla xəsarət yetirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində şübhəlini saxlayıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) ilə istintaq aparılır. Həmin maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge