Haqqımızda Reklam
13 
Iyl
2026
00:20
1
1
142

Milli Ətraf Mühit Agentliyi Telavidə selin baş vermə səbəblərini açıqlayıb

Telavi bələdiyyəsində yağan güclü leysan yağışları Telaviçay hövzəsində sel proseslərinin kəskin aktivləşməsinə səbəb olub. 24News.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, meteoroloji müşahidələr zamanı Telavi stansiyasında 57,3 millimetr, İqalto stansiyasında isə 40,1 millimetr yağıntı qeydə alınıb. Telavidə düşən yağıntının həcmi şəhər üzrə aylıq normanın 85 faizini təşkil edib. Mövcud vəziyyətin qiymətləndirilməsi üçün səhər saatlarından etibarən hadisə yerində Milli Ətraf Mühit Agentliyinin geoloq və hidroloqlarından ibarət qrup işləyir. Hazırki qiymətləndirməyə əsasən, güclü yağış nəticəsində yaranan iri həcmli su və bərk süxur kütləsi güclü sel axını formalaşdırıb. Agentlik qeyd edib ki, çayın orta axarında yerləşən üç seltutan qurğu (Xerxeulidze seltutanları) axının müəyyən hissəsini saxlayıb. Birinci qurğu iri ağac kütləsini, ikinci az miqdarda ağac qalıqlarını, üçüncü isə daş-çınqıl kütləsini tutub. Buna baxmayaraq, sel axınının böyük həcmi və gücü nəticəsində su kütləsi qurğuların sol tərəfindən keçərək köhnə torpaq yolu müvəqqəti məcra kimi istifadə edib, sahilbərkitmə qurğularına ziyan vurub və yolun bəzi hissələrində örtüyün deformasiyasına səbəb olub. Şəhər ərazisində çayın mövcud məcrası sel axınının tam ötürülməsini təmin edə bilmədiyi üçün su ətraf ərazilərə yayılıb. Sel kütləsinin əsas hissəsinin Telavinin aşağı hissəsində, müxtəlif infrastruktur obyektlərinin yaxınlığında toplandığı bildirilib. Milli Ətraf Mühit Agentliyinin mütəxəssisləri hazırda da hadisə yerində qalaraq təbii fəlakət zonasının ətraflı araşdırılmasını davam etdirirlər.

www.24news.ge