Haqqımızda Reklam
08 
Iyl
2026
09:27
21
1
480

İran-ABŞ gərginliyi yenidən alovlanır: Hörmüz boğazında gəmilər hədəfə alındı, ABŞ obyektlərinə zərbələr endirildi

ABŞ hərbçiləri İrana qarşı yeni silsilə zərbələr endirərək 80-dən çox hədəfi vurub. 24News.ge xəbər verir ki, bu barədə ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. CENTCOM-un bəyanatında deyilir: "ABŞ ordusunun Mərkəzi Komandanlığına məxsus qüvvələr İran ərazisində 80-dən çox hədəfi yüksək dəqiqlikli silahlarla vurmaqla İrana qarşı yeni hücumlar silsiləsini həyata keçiriblər". Komandanlıq bildirib ki, bu addım İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı son hücumlarına cavab olaraq atılıb. Qeyd edilib ki, zərbələr Hərbi Hava Qüvvələrinin təyyarələri və Hərbi Dəniz Qüvvələrinin taktiki aviasiya briqadası tərəfindən həyata keçirilib. CNN-in Bəhreyn Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Bəhreyndə həyəcan siqnalları eşidilib və ölkənin Daxili İşlər Nazirliyi vətəndaşları təhlükəsizlik tədbirləri görməyə çağırıb. Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İrana hücumlarına cavab olaraq Bəhreyn və Küveytdəki 85 ABŞ hərbi obyektinə raket və dronlar atdığını bildirib. İran Silahlı Qüvvələrinin "Xətəm əl-Ənbiya" mərkəzi qərargahının komandanlığı ABŞ-ın təcavüzünə cavab veriləcəyini və Hörmüz boğazının idarə olunmasına hər hansı müdaxilənin qarşısının alınacağını bəyan edib. İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf sosial mediada yazıb: "Zorakılıq və hədə-qorxu dövrü bitdi. Bu, bizi heç yerə aparmayacaq. Biz təslim olmayacağıq". O, bildirib ki, ABŞ imzalanmış anlaşma memorandumunu pozur: "ABŞ-ın Anlaşma Memorandumunun əsas pozuntuları: İranın Hörmüz boğazındakı dəyişikliklərini pozması, davamlı olaraq əlavə zərbələr endirməklə hədələməsi, neftlə bağlı sanksiyaların yenidən tətbiqi, İranın cənubuna hücumlar, Livanda davam edən sionist təcavüzü. Zorakılıq və şantaj dövrü bitdi. Bu, bizi heç bir yerə aparmayacaq. Biz təslim olmayacağıq".

www.24news.ge