Haqqımızda Reklam
29 
Iyn
2026
20:40
14
12
2909

Marneuli merinə yeni müavin təyin olunub

Teona Parjiani Marneuli Bələdiyyəsi merinin müavini vəzifəsinə təyin edilib. 24News.ge xəbər verir ki, Teona Parjiani indiyədək Marneuli Bələdiyyəsinin Şəhər Şurasının (Sakrebulo) üzvü olub və Maliyyə-Büdcə Komissiyasına sədrlik edib. Qeyd edək ki, Marneuli Bələdiyyəsi merinin birinci müavini vəzifəsinə ötən ilin noyabr ayında Qiorqi Qodabrelidze təyin olunmuşdu. Teona Parjiani isə merin ikinci müavini vəzifəsini icra edəcək.

www.24news.ge