Haqqımızda Reklam
29 
Iyn
2026
15:31
5
12
697

Gürcüstan hökuməti 10,2 milyon lariyə 164 hibrid avtomobil alacaq

Gürcüstan hökumətinin yeni yaratdığı Mərkəzi Satınalma Orqanı 164 ədəd hibrid avtomobilin alınması ilə bağlı növbəti tender elan edib. 24News.ge xəbər verir ki, bu barədə məlumat Dövlət Satınalmaları Agentliyinin rəsmi portalında dərc olunub. Tender sənədlərinə əsasən, avtomobillərin alınmasına 10 milyon 159 min 800 lari ayrılması nəzərdə tutulur. Satın alınacaq nəqliyyat vasitələri müqavilə imzalandıqdan sonra 240 təqvim günü ərzində təhvil verilməlidir. Texniki şərtlərə görə, təklif edilən avtomobillər yeni, ən azı 2026-cı il istehsalı, sol sükanlı, istismarda olmamış, yürüşü 200 kilometrdən çox olmayan, hüquqi və texniki baxımdan qüsursuz, eləcə də gömrük rəsmiləşdirilməsi başa çatdırılmış olmalıdır. Bundan əlavə, qalib şirkət avtomobillərin alıcının adına rəsmiləşdirilməsi xərclərini də öz üzərinə götürməlidir. Tenderdə iştirak üçün təkliflərin qəbulu iyulun 1-də başlayacaq və iyulun 2-də başa çatacaq. Qeyd edək ki, Mərkəzi Satınalma Orqanı iyunun 22-də də avtomobillərin alınması ilə bağlı tender elan etmişdi. Həmin tender çərçivəsində 47,3 milyon lari dəyərində 595 ədəd, 2026-cı il istehsalı olan yeni avtomobilin alınması planlaşdırılır.

www.24news.ge