Haqqımızda Reklam
16 
Iyn
2026
09:01
14
4
218

ABŞ və İran arasındakı anlaşma memorandumunun bəzi bəndləri məlum olub

ABŞ və İran arasında anlaşma memorandumunda Vaşinqton və Tehranın Yaxın Şərqdə sülh və sabitliyi qorumaq öhdəliyi ilə bağlı bənd var. 24News.ge xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens danışıb. "Memorandumun birinci bəndində əslində İranın, eləcə də ABŞ-ın regional sülh və sabitliyin qorunmasına sadiq olduğu bildirilir", - deyə o bildirib. Vitse-prezidentin sözlərinə görə, razılaşmada İranın digər məsələlərlə yanaşı, "HƏMAS" və "Hizbullah" hərəkatlarına, eləcə də husilərə dəstəyi dayandıracağını nəzərdə tutur. İranla anlaşma memorandumunu ABŞ tərəfindən Prezident Donald Tramp və vitse-prezident Cey Di Vens, Tehran adından isə bu ölkənin parlamentinin sədri Məhəmmədbaqer Qalibaf imzalayıb. Qalibaf isə "X" sosial şəbəkə hesabında yazıb: "İran yekun qələbəyə doğru böyük bir addım atıb. "Biz möhkəm dayanmışıq və Allahın köməyi ilə qələbə qazanacağıq". İran Prezidenti Məsud Pezeşkian bildirib ki, danışıqlar heyəti heç bir halda rəhbərlik tərəfindən müəyyən edilmiş siyasətdən geri çəkilməyəcək: "Bütün fəaliyyətlər milli maraqlar və sistem tərəfindən müəyyənləşdirilən xətlər çərçivəsində həyata keçiriləcək". Daha əvvəl o vurğulayıb ki, ABŞ ilə İran arasında razılaşdırılan memorandumun bütün bəndləri düzgün şəkildə icra olunarsa, Tehran regionda yeni şərait yarada bilər.

www.24news.ge